Tarix : 2021 Jun 29
Kod 61419

Nəşi tapılan hərbçi dəfn olunub

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçusu Elşən Yunisli torpağa tapşırılıb.

Arannews Bu barədə "Report" məlumat yayıb. 
Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
1995-ci il təvəllüdlü Elşən Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. 
O, Azərbaycan ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsində iştirak edib. 
Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. 
Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Hərbçi subay olub.

  • Yazılıb
  • da (də) 2021 Jun 29
  • Göndərən جهان کمالی