Tarix : 2021 Jun 30
Kod 61423

Laçında şəhid olan hərbçilər dəfn edilib

Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu dəfn edilib.

“Arannews -Report”un xəbərinə görə, şəhidlər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edib.

  • Yazılıb
  • da (də) 2021 Jun 30
  • Göndərən جهان کمالی