Tarix : 2021 Jul 03
Kod 61426

İran İslam Respublikası ordusu Xəzər dənizində “Sarsılmaz Təhlükəsizlik 1400” təlimlərinə başladı

İran ordusunun Hərbi Dəniz Qüvvələri sülh və dostluq mesajı ilə “Sarsılmaz Təhlükəsizlik 1400” Xəzər dənizində müqəddəs “Ya Hüseyn (ə)” şüarı ilə başladı.
Arannews :iran İslam Respublikasının ordusunun ictimai əlaqələr şöbəsi – “Sarsılmaz Təhlükəsizlik 1400” dəniz təlimləri, ordunun dəniz qüvvələrinin müxtəlif su səthi və hava qüvvələrinin, o cümlədən raket atan gəmilər, təyyarələr, helikopterlər, PUA-lar, elektron müharibə avadanlıqları, habelə donanma hərbi birləşmələri və XTQ-in iştirakı ilə, müqəddəs “Ya Hüseyn (ə)” şüarı həmçinin sülh və dostluq mesajı ilə start götürdü.
Bu təlim Xəzər dənizinin təqribən 77 min kv km ərazisində keçiriləcək və təlim ərzində İran İslam Respublikasının ərazi sularını qorumaq üçün hücum və müdafiə və su yol rotalarının qorunması ssenariləri icra olunacaq.

 
  • Yazılıb
  • da (də) 2021 Jul 03
  • Göndərən جهان کمالی