İranın Azərbaycan Respublikasındakı səfiri İranın Cənubi Qafqazda 3+3 formatını dəstəklədiyini bildirib.
Arannews :Seyid Abbas Musəvi öz Tvitter səhəfəsində yazıb: “İran Cənubi Qafqazda sülhün, stabilliyin və inkişafın möhkəmləndirilməsi üçün “3+3” formatını dəstəkləyir.”
İranın Azərbaycan Respublikasındakı səfiri Tvvitinin davamında belə yazıb: “Cənubi Qafqazın üç dövləti(Azərbaycan, Ermənistan, Gürcüstan) üstəgəl üç regional qonşu(İran, Türkiyə, Rusiya) regionun rifahı naminə əməkdaşlıq edə bilərlər.”