1988-ci il iyulun üçündə ABŞ-ın hərbi gəmisi tərəfindən atılan iki raket nəticəsində şəhid olmuş İranın Aerobus təyyarəsinin 290 sərnişinin Fars Körfəzi sularındakı şəhadət məkanı bu gün iranlı rəsmilərin və şəhidlərin ailələrinin iştirakı ilə çiçək yağışına bürünüb.
Arannews -SəhərAzəri-nin məlumatına əsasən, mərasimdə İran İslam Respublikasının dövlət himni səsləndirildikdən sonra iştirakçılar İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin sularındakı Hənqam bölgəsi və Hörmüz boğazının ətrafında 290 sərnişinin şəhadət məkanını gül dəstələri ilə çiçək yağışına bürüyüblər.
Mərasim iştirakçıları «Amerikaya ölüm!» və «Sionist rejimə ölüm!» şüarları verib və Amerikanın insanlığa zidd olan bu hərbi cinayətini pisləyiblər.
1988-ci il iyulun üçündə İran İslam Respublikasının sərnişin təyyarəsi Fars Körfəzi sularının üzərində ABŞ-ın «Uinsens» hərbi gəmisi tərəfindən iki raketlə hədəfə alındı və təyyarənin ekipaj üzvləri və 290 sərnişini, o sıradan 66 uşaq və 53 qadın şəhid oldu.
Təyyarənin süqutundan sonra ABŞ rəsmiləri bu bağışlanmaz cinayəti əsaslandırmaq üçün təzadlı dəlillər gətirdilər və bu düşmənçilik hərəkətini bir səhv kimi qələmə verməyə çalışdılar, amma «Uinsens» hərbi gəmisinin modern radar və kompüter sistemlərilə təchiz olunmasına və uçan təyyarənin növünün məlum olmasına görə, bu məsələ qətiləşdi ki, səhv ehtimalı yox imiş və bu hərəkət tamamilə düşmən xarakterli olubdur.