Tarix : 2021 Jul 05
Kod 61434

Təbriz imam cüməsi: Beynəlxalq Qədir Türk Şeiri Konqresinin keçirilməsi dəyərli işdir

Vəliyyi-fəqihin Şərqi Azərbaycanda təmsilçisi və Təbriz imam cüməsi deyib: “Qədir-Xum mövzusunu açıqlamaq, tərvic və təbliğ etmək üçün çox şeir yaxşı vasitədir və “Beynəlxalq Qədir Türk Şeiri Konqresi”nin keçirilməsi dəyərli işdir.”
Arannews :Redaksiyamızın “İRNA”-ya istinadla verdiyi xəbərə görə, höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali-Haşim bazar günü “Beynəlxalq Qədir Türk Şeiri Konqresi”nin afişasının açılış mərasimində Qədir-Xum mövzusunun izahı, tərvici və təbliği üçün şeiri ən yaxşı vasitə adlandıraraq deyib: “İslamın zühur etdiyi ilk illərdə İslam dinində ədəbiyyatın xüsusi yeri olmuşdur, şairlər dinin təbliği və dinə diqqəti çəkmək üçün çoxlu şeirlər oxuyublar.”
Vilayət və Qədir-Xum məsələsinin həmin dövrün şairlərinin şeirlərində ən önəmli mövzulardan olduğuna toxunan imam cümə deyib: “Qədir-Xum bayramının İslamda xüsusi yeri vardır və böyük bayram adlandırılmışdır. Tarixi sənədlərə əsasən, İslamın ilk illərinin ən mühüm hadisəsi sayılır.”
Qədir-Xum gününün dinin kamala çatması və nemətin tamamlanması günü olduğunu izah edən imam cümə indiyədək bu bayramın əhəmiyyətinin yetərincə tanıdılmamasından təəssüfləndiyini ifadə edib.
Ali-Haşim daha sonra deyib: “İndiki zamanda biz müsəlmanlar, əsasən də şiələr Qədir-Xumun məzlumluğunu aradan qaldırmalı, Qədir-Xum hadisəsini ictimai dialoqa çevirməliyik.”
İslamın zühurundan sonra Azərbaycan ədəbiyyatının da gözəçarpan inkişafına toxunan imam cümə deyib: “Xətib Təbrizi kimi bir çox azərbaycanlı mütəfəkkirlər ərəb dilini öyrənməklə, çox dəyərli əsərlər irs qoymuşlar.”
Fəliyyi-fəqihin təmsilçisi “Beynəlxalq Qədir Türk Şeiri Konqresi”nin siyasət şurasının üzvlərinə və elmi heyətinə təşəkkürünü bildirərək bu konqresin işinin dəyərli olduğunu və bütün müsəlmanların Qədir-Xum gününün bərəkətindən faydalanacağına ümid bəslədiyini bildirib.
Şərqi Azərbaycanın İncəsənət Dairəsinin rəhbəri də bu mərasimdə çıxış edib və Təbrizdə “Beynəlxalq Qədir Türk Şeiri Konqresi”nin öz işinə başlamasına toxunaraq deyib: “Bu beynəlxalq konqres türk dilli xalqların mehvər olması əsasında keçirilir.”
Seyid Məhəmmədhüseyn Bəlaği əlavə edib: “Din və Əhli-beyt (ə) mövzularında yazılmış şeirlər Azərbaycan mədəniyyətinin iftixarlarından olub və türk şairləri arasında həmişə xüsusi yer tutub. Təbrizdə də Qədir-Xum bayramı istiqamətində təsirli addımlar atılıb.”
İncəsənət Dairəsinin rəhbəri daha sonra bildirib ki, ilk Beynəlxalq Qədir Türk Şeiri Konqresi Qədir, vilayət, bəsirət, zamanın vəlisini tanımaq və s. bu kimi mövzularda öz işinə başlamışdır. Konqresin katibliyi də hal-hazırda İran və digər ölkələrin şairlərinin sözügedən mövzularda şeirlərini toplayır. Konqresin sonunda istanbul türkcəsi, azəri türkcəsi, fars və ərəb dillərində şeirlərin toplusu olan kitab nəşr ediləcək və dünya müsəlmanlarının ixtiyarına veriləcək.
Qeyd edək ki, “Beynəlxalq Qədir Türk Şeiri Konqresi “Əli (ə) Quranda”, “Əli (ə) ailədə”, “Əlinin (ə) həyat tərzi”, “Əli (ə) və beynəlxalq sülh məsələsi”, “Əli (ə) Nəhcül-bəlağə güzgüsündə” və digər aidiyyatı mövzular əsasında keçirilir. Maraqlananlar öz əsərlərini 19 iyul 2021-ci ilədək konqresin katibliyinə göndərə bilərlər. Konqresin katibliyi Şərqi Azərbaycanın İncəsənət Dairəsində yerləşir. 

 
  • Yazılıb
  • da (də) 2021 Jul 05
  • Göndərən جهان کمالی