"Xəzərdəki partlayış Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur".
Arannews : bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı
osial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, adətən kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır:
"Baş verən səhlənkarlıq, sementin keyfiyyətsiz, yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir. Başqa məlumat alsam yazacam".
Hüquq müdafiəçisi ölən və yaralananların olmadığını deyib.