Pakistanın baş naziri ilə İranın yeni seçilmiş prezidenti arasında telefon danışığı olub
Arannews :Pakistanın baş naziri ilə İranın yeni seçilmiş prezidenti arasında telefon danışığı olub
Telefon danışığı zamanı İmran Xan İbrahim Rəisini prezident seçilməsi münasibəti ilə təbrik edib və iki ölkə arasındakı birgə məsələlərə toxunaraq, deyib: "Əfqanıstandakı vəziyyət və bu ölkənin uzun bir müharibəyə girməsi ehtimalı bizi narahat edir".
İmran Xan Əfqanıstan üçün ən yaxşı həll yolunun siyasi həll yolu olduğunu bildirib.
Seyid İbrahim Rəisi də söhbət zamanı, telefon zəngi və təbrik mesajı üçün İmran Xana təşəkkür edib və deyib: "Yeni hökumət qonşuların bütün iqtisadi imkanlarını ikitərəfli əməkdaşlıq üçün dəyərli bir fürsət kimi görür və onların heç birini gözdən qaçırımır".
"Təcrübə göstərib ki, xaricilər təhlükəsizlik yaratmaq bəhanəsi ilə qeyri-sabitlik və etibarsızlıq toxumları səpirlər ", - deyə Rəisi qeyd edib.
İranın yeni seçilmiş prezidenti, Həmçinin Əfqanıstanın vəziyyəti ilə bağlı narahatlıq ifadə edərək, deyib: "Əfqanıstanın təhlükəsizliyi bizim üçün önəmlidir və bu təhlükəsizlik əfqanlar tərəfindən təmin olunmalıdır".