İran İslam Respublikasının Bakıdakı səfiri sionist rejim nümayəndəsinin sərsəm açıqlamasına tutarlı cavab verib.
Arannews :iranın Bakıdakı səfiri Seyid Abbas Musəvi şəxsi "Tvitter" hesabında etdiyi paylaşımda qondarma İsrail rejimnin Azərbaycandakı səfiri Corc Dikin son anti-İran iddialarına münasibət bildirib.
Cənab Musəvinin tvitində deyilir: "Saxta Sionist rejimin qurulmasından dərhal sonra regionumuz müharibə ilə qaranlığa qərq oldu. Çox çəkməz ki, region təkrar sülhə, işığa, firavanlığa və bütün millətlərin dinc şəkildə birgə yaşamasına şahid olacaq".
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik "Tvitter"dəki şəxsi hesabından etdiyi paylaşımda "İran rejimi hara gedirsə, qaranlıq onu izləyir", - ifadələrini qeyd etmişdi.