Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iyulun 5-də yaydığı məlumatda deyilir.
Arannews :Azərbaycan Respublikasında 16 tibbi işçisi əllilik müəyyən edilməsi zamanı pozuntulara görə vəzifəsindən azad edilib
əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində yoxlamalar aparıb və 16 tibbi işçisi vəzifəsindən azad edilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iyulun 5-də yaydığı məlumatda deyilir.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq bir baş həkim, üç direktor və Həkim Məsləhət Komissiyalarının 12 üzvü əllilik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları ilə bağlı tutduqları vəzifələrdən azad edilib.
Qeyd edək ki, son zamanlar əllilik dərəcəsinin verilməsi zamanı qanun pozuntularına yol verilməsi ilə bağlı çoxsaylı məlumatlar yayılmaqdadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb və onlara pensiya verilməsi dayanıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxmininən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb.