Tarix : 2021 Jul 07
Kod 61445

Reket jurnalistlər indi də şəhid ailələrini hədəf seçiblər

“Azərbaycan Nəşriyyatında dırnaqarası jurnalistlər hamısı düşüb rayonlarda şəhid ailələrinin canına. 100 manatdan pul yığıblar, ortada nə yazı var, nə kitab. Ayıbdır. Ailələrin səsinə qulaq asdım, öldüm xəcalətimdən”. Bu fikirləri jurnalist Elnurə Abışova səsləndirib.

Arannews :Elə bir müddət öncə bizimyol.info redaksiyasına zəng etmiş şəhid atası, Salyan rayon sakini Abdulla Məcidov oğlu, şəhid Hüseyin Məcidovun haqqında telkanallarda reportaj verilməsi üçün özündən jurnalistlərin pul istədiyini qeyd etmişdi. Maraqlısı budur ki, rayon və kənd yerlərində çox zaman şəhid ailələri özləri övladalrının xatirələrini əbədiləşdirməkdə maraqlı olurlar və jurnalistəm deyib qabaqlarına çıxan hər insana inanırlar.Bundan istifadə edən bəzi “jurnalistlər” də müharibə qurbanlarının ailələrini özlərinə qazanc yeri kimi görürlər. Abdulla Məcidov bizə zəng edərkən özü oğlunun haqqında veriliş çəkilməsi üçün pul verərək rayona jurnalistlər dəvət etdiyini, lakin sonradan onların yoxa çıxdığını demişdi.
Eyni qaydada uşaqlarının haqqında hansısa məqalə və yazı görmək istəyən çoxlu sayda valideyin də ildə bir dəfə çıxan adı olub, özü olmayan qəzet və jurnalların müxbirlərinin “çörək ağacına” çevriliblər. Bu kimi dilənçiliyə görə ciddi jurnalistikanın adı ləkələnir, kiminsə yanında jurnalistəm deyəndə “sən də onlardansan?” sualı verilir.
Əlində press kartı olan hər kəsə mütləq ciddi nəzarət edilməlidir. Bu şəkildə atılan addımlar artıq hamımızıın alnına çalınan qara ləkədir.Bu kimi hallarla rastlaşan vətəndaşları hüququ mühafizə orqanlarına müraciət etməyə çağırıram.

  • Yazılıb
  • da (də) 2021 Jul 07
  • Göndərən جهان کمالی