Tarix : 2021 Jul 08
Kod 61446

Qarabağ ermənilərinə böyük qayğı göstərilib

Rusiyanın Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların gördüyü işlər barədə məlumat yayıb.

 Arannews :Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya Humanitar Mərkəzi vasitəsilə əraziyə 14 noyabr 2020-ci ildən sonra köçürülüb gətirilən erməni əhalisinə zəruri əşya, qida, o cümlədən dərman yardımı edilib.
Bildirilir ki, rus hərbi həkimləri Azərbaycanın Qarabağ bölgəsindəki 1500-dən çox erməni sakinə tibbi yardım göstəriblər: Bununla əlaqədar xəstəxanalara və kənd tibb məntəqələrinə 2810 kq zəruri dərman, eyni zamanda şəhər xəstəxanalarına 600-dən çox müxtəlif tibbi avadanlıq verilib. 80 km-dən çox elektrik xətti, 30-dan çox transformator yarımstansiyası bərpa edilib. Bu da 63 yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin etməyə imkan verib. 14 yaşayış məntəqəsi su ilə təmin olunub. Sülhməramlıların müşayəti ilə 1750-dən çox zəvvar sərhəd xəttinin yaxınlığındakı məbədləri ziyarət edib.
Bundan əlavə, 2020-ci il 23 noyabr tarixindən Rusiya Hərbi Mühəndisləri və Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 2165 hektar ərazini, 657 km yolu, 1892 binanı, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib. 25 min 640 partlayıcı obyekt aşkarlanıb və zərərsizləşdirilib”, - deyə nazirlik qeyd edib.

  • Yazılıb
  • da (də) 2021 Jul 08
  • Göndərən جهان کمالی