Tarix : 2021 Jul 08
Kod 61447

Daha bir MBH üzvü saxlanıldı

günorta saatlarında Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Hünbətov Razi Karlar oğlu yaşadığı Ceyrənbatan qəsəbəsində saxlanılıb.

Arannews -Rakurs.tv-yə bu barədə yaxınları məlumat veriblər.
Məlumatda vurğulanıb ki, gənc fəal Ceyrənbatanın mərkəzində ikən ona yaxınlaşan mülki geyimli şəxslər heç bir səbəb göstərmədən onun qollarına qandal vuraraq onu gəldikləri maşına mindirib hadisə yerindən uzaqlaşıblar.
"Razini saxlayanların kimliyi haqda dəqiq məlumat olmasa da, bunların polis işçiləri olduğu ehtimal edilir", - deyə yaxınları bildiriblər.
Yaxınları onun saxlanılmasını son zamanlar sosial şəbəkələrdə baş qaldıran narkomaniya ilə bağlı mübarizədə aktiv fəaliyyəti il əlaqələndirirlər.

  • Yazılıb
  • da (də) 2021 Jul 08
  • Göndərən جهان کمالی