Azərbaycan dövlət başçısının Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılmasına dair fərmanının ardından Milli Məclisdə Ermənistana qarşı ərazi iddiası irəli sürülüb
Arannews :deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır və ora iddiamız var.
Onun sözlərinə görə, 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcə Zəngəzur yox, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Azərbaycan tarixi torpaqlarına iddia edəndə kimdənsə çəkinməməlidir. Və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, Zəngəzur Ermənistana o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib: “Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur məsələsinə toxunaraq demişdi: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır