Tarix : 2021 Jul 11
Kod 61452

9 gün öncə ordudan tərxis olunan gəncin cəsədi tapılıb

9 gün öncə ordudan tərxis olunmuş 20 yaşlı Murad Əsəd oğlu Nəcəfovun cəsədi Kür çayından çıxarılıb.

Arannews :Murad Nəcəfov müharibə iştirakçısı olub

9 gün öncə ordudan tərxis olunmuş 20 yaşlı Murad Əsəd oğlu Nəcəfovun cəsədi Kür çayından çıxarılıb. Bu barədə ilk məlumatı Salyanda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov yayıb. Onun sözlərinə görə, Salyan rayon sakini Murad Nəcəfovun üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

İyulun 1-də tərxis olunan M.Nəcəfov İkinci Qarabağ müharibəsi iştirakçısı olub, döyüşlərdə göstərdiyi sücaətə görə 4 medalla təltif edilib. Yaxınlarının sosial şəbəkədə paylaşdığı məlumatlara görə, o, müharibədən psixoloji travma alıb.

Faktı Meydan TV-yə Salyan Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

  • Yazılıb
  • da (də) 2021 Jul 11
  • Göndərən جهان کمالی