Azərbaycan Respublikasının Müsəlman Birliyi Hərəkatı bir bəyanat yayaraq, Türkiyədə şiə alimlərinə qarşı qanunsuz təzyiqləri və şər-böhtan kompaniyasını qınayıb.
Arannews -SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Müsəlman Birliyi Hərəkatının facebook səhifəsinə əsasən, bu hərəkatın sədr müavini hacı Elçin Qasımov bir bəyanat yayaraq, Türkiyənin əhli-beyt alimi höccətülislam hacı Mehdi Aksuya qarşı aparılan şər-böhtan kampaniyasını qınayaraq, deyib: "Hər zaman özünü Türkiyədə İslam həqiqətlərini üzə çıxarmağa və onları olduğu kimi təqdim etməyə həsr etmiş bir şəxsiyyətə qarşı kiber məkandakı bu mənfi hərəkətlər qəbuledilməzdir".
"Şükürlər olsun ki, bu gün müsəlmanlar daha ayıq, bəsirətli və hiylənin mənbəyini bəlli edəcək qədər agahdırlar. Anlayırlar ki, haqqı deyən alimə qarşı hər zaman təzyiq və təqib vardır. Odur ki, biz əminik ki, Türkiyədə olan Əhli Beyt dostları Mehdi Aksunu sevirlər və onu sona kimi dəstəkləyəcəklər", deyə bəyanatda əlavə olunub.
Hacı Mehdi Aksu dəstəyə görə, Azərbaycan ruhanilərinə təşəkkür edərək, təhqirlərə və çirkin kampaniyalara cavab olaraq, deyib: "Sonda münafiqlər məğlub olacaqlar".
Qeyd edək ki, höccətülislam Hacı Mehdi Aksunu Türkiyədə aktiv din alimlərindən biridir ki, həmişə İslam düşmənlərinin İslam zərbə vurmaq və dini təfriqə yaratmaq cəhdlərini zərərsizləşdirməkdə təsirli rol oynayıb.