Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovun Haqqin.az-a müsahibəsində Ermənistan tərəfindən təhdidlərin ciddi olduğunu bildirib.
Arannews :E.Mamazov deyir: Erməni tərəfi nə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına, nə də Böyük Sülh Müqaviləsi ilə bağlı danışıqlara razı olub. Həmçinin ölkəmizə qarşı ərazi iddialarını əks etdirən qanunvericilik aktları və qərarları ləğv edilməyib. Eldar Namazov məhz buna görə Azərbaycan Respublikasının ikinci Qarabağ müharibəsindən sonra öz hərbi büdcəsini artırdığı və hərbi təlimləri genişləndirdiyini deyir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru 3-cü Qarabağ müharibəsi ehtimalından da danışıb, Ermənistanın yaxın zamanda buna güc tapmayacağını bildirərək eyni zamanda Ermənistan tərəfində Azərbaycan Respublikasına qarşı ərazi iddialarının davam etdiyini nəzərə alaraq deyib: Biz qonşu ölkədə gedən prosesləri çox diqqətlə izləməli və vaxtında adekvat, önləyici addımlar atmalıyıq ki, atışmaların təzədən başladığı sərhədyanı bölgələrdə yaşayan dinc sakinlərimizi, dövlət sərhədlərimizi qorumağa hazır olaq.
Hansı önləyici tədbirləri nəzərdə tutursunuz? Sualına gəldikdə isə E.Namazov Ermənistanın son 30 ildə Azərbaycana qarşı etdiklərini bu gün Azərbaycanın Ermənistana qarşı həyata keçirməli olduğunu deyib: “Bu gün Ermənistanla sərhəd boyu “təhlükəsizlik zolağı” yaratmaq barədə ciddi şəkildə düşünməliyik.”- deyə o bildirib.
Eldar Namazova görə, əgər Ermənistanda proseslər qorxulu ssenari üzrə inkişaf edərsə və Azərbaycan sərhədləri üçün, sərhədyanı bölgələrin sakinləri üçün real təhlükə yaranarsa, Azərbaycan “təhlükəsizlik zolağı” tətbiq etməyə hazır olmalıdır. Bu “zolaq” Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğunu və Ermənistan dərinliyində təxminən 30 kilometr ərazini əhatə etməlidir.