Tarix : 2021 Jul 16
Kod 61466

Siyasi məhbuslarla bağlı foto sərgi keçirilib

Ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində siyasi mühacir, jurnalist Əfqan Muxtarlının təşkilatçılığı ilə siyasi məhbusların fotolarından ibarət sərgi baş tutub.

Arannews :Sərhədsiz Reportiyorların ofisində baş tutan sərgi “Azərbaycan siyasi məhbusları” adı altında keçirilib.
Sərgidən məqsəd Almaniya mətbuatı, eyni halda hüquq müdafiə təşkilatlarının diqqətini Azərbaycanda siyasi məhbus və sair mövzulara yönəltmək olub.
Əfqan Muxtarlı bu barədə yazıb: "Azərbaycanda ifadə azadlığı, siyasi məhbuslar, avropalı deputatların və siyasilərin Əliyev tərəfindən satın alınması müzakirə olundu. SWR telekanalının refaltoru Kai Laufen, jurnalist Felix Dachsel və mən məruzə ilə çıxış etdik. Suallara cavab verdik”

  • Yazılıb
  • da (də) 2021 Jul 16
  • Göndərən جهان کمالی