Tarix : 2021 Jul 17
Kod 61468

Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur

Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.

Arannews : Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.
Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.
Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.

  • Yazılıb
  • da (də) 2021 Jul 17
  • Göndərən جهان کمالی