İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ağır avtomobillər istehsalında həmkarlıq edəcəyini bildirib.
Arannews :Seyid Abbas Musəvi öz şəxsi tvitter səhifəsində İran və Azərbaycan Respublikasının avtomobilqayırma sahəsində əməkdaşlıq etmələrindən xəbər verib.
Musəvinin sözlərinə görə, İran və Azərbaycan Respublikası traktor və avtobus istehsalında əməkdaşlıq edəcəklər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xəzər” adlı İran avtomobili ilə sürücülük etməsindən bir təsvir yayan Musəvi yazıb ki, avtobus və traktor istehsalı tezliklə iki qonşu və müsəlman ölkə olan İran və Azərbaycan Respublikasının iş gündəmində qərar tapacaq.