Tarix : 2021 Jul 24
Kod 61490

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Arannews -Modern.az-ın məlumatına görə, şəhid Fərman Yaqublu 44 günlük Vətən Müharibəsində iştirak edib.

Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə aktiv iştirak edən qəhrəman gizir Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

F.Yaqublunun atası, Yaqubov Telman Fərman oğlu da Qarabağda şəhid olub.

Məlumata görə, Telman Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dünyaya göz açıb. O, 1992-cü ildə birinci Qarabağ müharibəsi zamanı ordu sıralarına könüllü olaraq yazılıb. Füzuli istiqamətində - Kərimbəyli, İşıqlı, Qorqan kəndlərində döyüş yolu keçib. Elə Füzuli rayonunda düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına ucalıb.

  • Yazılıb
  • da (də) 2021 Jul 24
  • Göndərən جهان کمالی