Qarabağın azad edilməsinin tam başa çatmaması üzündən Azərbaycan Respublikası bir çox mürəkkəb böhranlarla üzləşib. Allaşükür Paşazadənin İslam İnqilabının Böyük Rəhbərinə Qarabağla bağlı verdiyi fətvaya görə təşəkkür etməsi, Qarabağ məsələsində bir növ haqqı batildən ayırmaq sayılır. Baxmayaraq ki, bu hərəkətin nə vaxta kimi davam gətirə biləcəyi məlum deyil.
AranNews – Azərbaycan Respublikasında müsəlmanların dini işlərini öhdəsinə almış hökumət idarəsi olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allaşükür Paşazadənin: “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi, qələbənin carçısı idi və bizi qələbəyə apardı” söyləməsi, Azərbaycan-İran qardaşlığı və dostluğuna qarşı düşmən kəsilənlərin hamısını qəzəbləndirib. Xüsusilə də sionistləri və pantürkləri çox-çox hiddətləndirib. Əslində, Allaşükür Paşazadənin bu iki cümləsi İran və Azərbaycan arasında təfriqə salanların alovlandırdığı daimi şölələrin üzərinə tökülən bir az soyuq su kimidir. Ancaq İran-Azərbaycan münasibətlərinin düşmənləri bu az miqdara da dözə bilmirlər. Belə ki, Türkiyə prezidentinin pantürk və təfriqəçi müşavirlərindən olan Mücahit Küçükyılmaz Allaşükür Paşazadənin İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan xalqının haqları və Qarabağ fətvası ilə bağlı dediyi sözlərinə qarşı tənə və həyasızlıq dili açdı. Ondan əvvəl də sionist rejiminin Azərbaycanda siyasi-mədəni məsələlər üzrə müşaviri Arye Qutdan göstəriş alanların son günlərdə vitural şəbəkələrdə İslam İnqilabının Böyük Rəhbərinin Qarabağla bağlı fətvasının əhəmiyyət və rolunu diqqətə çatdıran QMİ sədrinə qarşı başladıqları təhqir, ədəbsizlik və hörmətsizlik səngimək bilmir.
Həqiqət budur ki, QMİ sədri Allaşükür Paşazadənin İslam İnqilabının Böyük Rəhbərinin Qarabağla bağlı fətvasının əhəmiyyətini çatdırması və bu fətvanın Azəbaycanın 2020-ci ildə Qarabağ əməliyyatları üçün qələbə carçısı olduğunu deməsi qətiyyən, onun öz şəxsi fikri ola bilməz.
Azərbaycan məsələləri üzrə ekspertlər çox yaxşı bilirlər ki, Allaşükür Paşazadə belə bir mövqei Azərbaycanın yüksək səviyyəli rəsmilərinin tövsiyəsi ilə sərgiləmişdir. Şeyx İslam İnqilabının Böyük Rəhbərinə Qarabağla bağlı verdiyi fətvaya görə təşəkkür etmiş Allaşükür Paşazadə sionistlər və pantürklər tərəfindən ona qarşı yönələn namərd hücumlara da reaksiya verdi və bu sözləri dini yönümdən dediyini bildirdi, İran və Türkiyədən heç bir asılılığı olmadığını vurğuladı. Şeyxin sionist və pantürklərin hücumlarına qarşı bu reaksiyası Azərbaycandakı mövcud reallıqları avtomatik şəkildə nümayiş etdirdi.
Əslində, Qarabağın azad edilməsinin tam başa çatmaması üzündən Azərbaycan Respublikası Qarabağ ərazilərini geri almaq əməliyyatında bir çox mürəkkəb və mutasiyalaşmış böhranlarla üzləşib. Belə ki, Bakı mutasiyalaşmış Qarabağ böhranı ilə mübarizə aparamaq üçün bu böhranın mürəkkəb tənliyində haqqı batildən ayırmağa məcburdur. Bu üzdən Allaşükür Paşazadənin İslam İnqilabının Böyük Rəhbərinin Qarabağla bağlı verdiyi fətvaya görə iki cümləlik və koordinasiya edilmiş minnətdarlığı, Qarabağ mövzusunda haqqı batildən ayırd etmək istiqamətində atılmış bir addım sayılır. Baxmayaraq ki, haqqı batildən ayırd etməyin çox çətin olduğu Azərbaycan kimi bir yerdə bu hərəkətin nə vaxta kimi davam gətirə biləcəyi və İranla digər qabaqkı münasibətlər kimi səmərə vermədən nə vaxt buraxılacağı məlum deyildir.
Bundan əvvəl də Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu ölkənin ən yüksək rəsmisi kimi İrana öz siyasi təşəkkürünü bildirib. Lakin Azərbaycanda siyasi sistemə və onun əsas strukturlarına, habelə media orqanlarına nüfuz etmiş hakim qüvvələr, sionist və pantürkçü ünsürlərin məsələyə müdaxiləsi ilə İlham Əliyevin İranla dostluq mövqei sərgiləməsinin qarşısı alındı. Belə ki, ötən aylarda anti-İran təbliğatlar dalğası, böhtan xarakterli xəbərlərin yaradılması, Azərbaycan xalqının yanında İranın simasını ləkələmək üçün hazırlanmış saxta videoların yayılması misilsiz səviyyəyə çatdı, hətta İran əleyhinə təbliğatın vüsət və növləri Əbülfəz Elçibəyin dövründə olduğundan da dəfələrlə artıq oldu. Halbuki, həmin dövrdə Elçibəyin zəif prezident və iqtidarsız bir ünsür olduğunu bəhanə gətirirdilər. Bunu da qeyd edək ki, Elçibəyin özü də anti-İran bir ünsür idi və çox asanlıqla özü və hökumətinin tərkibinin digər qüvvələri sionistlərin və pantürkçü mərkəzlərin oyuncağı olurdular. Ancaq Azərbaycanda hal-hazırda hakimiyyətdə olan hökumətin iqtidarı və iş bacarığı çox yüksək səviyyədədir, bu hökumətin tərkibindəki anti-irançıları Elçibəy dövrünün anti-irançılarına oxşatmaq, eyni zamanda da onların anti-İran hərəkətlərinə don geyindirmək olmaz.
Xüsusilə də hazırkı vəziyyətdə sionistlər və pantürklər Bakının sionist rejimi və Türkiyəyə yaxınlaşmasından istifadə etməklə, Azərbaycana silah satışı, hərbi və təhlükəsizlik məsləhətçilərin göndərilməsindən pay tələb etməklə bu ölkədə keçmişdə olduğundan daha geniş imkanlara sahibdirlər.
Sionistlərin və pantürklərin Azərbaycanın İranla dostluğunun möhkəmlənməsinin qarşısını almağa cəhdlərini qırağa qoysaq, Bakının İslam İnqilabının Böyük Rəhbərinə yenidən minnətdarlıq etmək qərarına gəlməsinin müxtəlif səbəbləri ola bilər. Bu səbəblərin başında isə Azərbaycanın özünü dost cildində təqdim edənlər, o cümlədən Rusiya və qərb, əsasən də Amerika, İngiltərə, Fransa, digər Avropa ölkələri, sionist rejimi, Türkiyə və pantürklər tərəfindən günbəgün artan düşmənçiyini hiss etməsi dayanır. Bakı açıqlasa da, açıqlamasa da, çox yaxşı başa düşmüşdür ki, Qarabağ məsələsində və İslam torpaqlarının qorunmasında Azərbaycanın hüquqlarına dəstək verən sadiq və dürüst qüvvə yalnız İrandır və bu kifayətdir. Bakının Rusiya, Qərb, Amerika, İngiltərə, Fransa, sionist rejimi və Türkiyə kimi dostlarının hər biri Qarabağ məsələsində özünün xüsusi oyununu oynayır, qanunsuz, hətta şeytani maraqlarını izləyir və bütün bunlar Azərbaycan xalqının maraqları ilə ziddir. Ancaq İran və onun xalqı Qafqaz və Azərbaycan Respublikası, o cümlədən Qarabağın meydana çıxdığı əsas peykər olaraq tamamilə təbii, ilahi və özünəməxsus şəkildə, avtomatik olaraq Qafqaz xalqının, xüsusilə də Azərbaycanın müsəlman xalqının iradə, maraq və istəklərinə tamamilə uyğun maraq izləyir. Bu təbii və zati uyğun maraqlarda həm Azərbaycan xalqının, həm Qarabağda yaşayan ermənilərin, həm də Ermənistanın hüquqları eyni zamanda təmin oluna bilər.
Bürhan Hişməti