Tarix : 2021 Jul 28
Kod 61502

Aliməqamlı rəhbərin fətvası kimləri narahat edir? + VİDEO

QMİ sədrinin islam inqilabının aliməqamlı rəhbərinin fitvasına görə təşşəkür etməsindən sonra Türkiyədən masonik, Azərbaycandan isə Elçibəy düşüncəsinin birləşməsi müşahidə olunur.

Arannews -SəhərAzəri-Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-islam Allahşükür Paşazadə Təzəpir məscidində Qurban bayramı namazından sonra etdiyi duada islam inqilabının aliməqamlı rəhbəri Həzrət Ayətulahlül-üzma Xameneinin Qarabağ islam torpağıdır fitvasını yüksək qiymətləndirib və onun Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsinin carçısı olduğunu bildirib. Qafqaz müsəlmanları şeyxinin bu açıqlaması Türkiyədə bəzilərini narahat edib. Onlar İran deyil Türkiyənin həmişə Azərbaycan Respublikasının yanında olduğunu deyirlər. Amma faktlar bunun tam əksini 
.göstərməkdədir
Azərbaycan Respublikasını emosialar və böyük Turan xülyaları və
tarixi mifik düşüncələrlə  güdaza verən Azərbaycan Respublikasının 1992-1993-cü illərdəki prezidenti Əbulfəzl Elçibəy Türkiyənin o vaxtkı ən əsas Partiyası olan Rifah Partiyasının sədri və Türkiyə parlamentinin üzvü və Türkiyənin 54-cü baş naziri olmuş mərhum Nəcməddin Ərbəkanla görüşündə, Ərbəkan ona Türkiyə Prezidenti Süleyman Dəmirəlin Ermənistana hərcür yardım etdiyini deyəndə Elçibəy həqiqətləri görmək istəmədiyini nümayiş etdirdi və biz hamınızı qardaş kimi görürük dedi.

 

Elçibəy hamını sadəcə irqi açıdan dəyərləndirməyi,  sadəcə Türkiyə ilə iş qurmaq siyasətinin ağır bədəlini də ödəmiş oldu, onun qardaş adlandırdıqları nəinki  ona heç bir yardım etmədilər hətta işğalçıları da Azərbaycana qarşı silahlandırdılar. Elçibəy sonralar verdiyi müsahibədə İranın Azərbaycanın ağır günlərində ona yardım əli uzatdığını ancaq onun tərəfindən rədd olunduğunu da etiraf etdi.
Elə Elçibəyin açılmayan qapıları döydüyü, açıq qapıları isə söydüyü vaxtlar, Azərbaycanın ən ağır günlərində islam inqilabının aliməqamlı rəhbəri Ayətullahül-üzma Xamenei Təbriz əhalisinin milyonluq toplusunda etdiyi çıxışında Ermənistanın və Qarabağdakı separatçı ermənilərin cinayətlərini kəskin şəkildə pislədi. Təbii ki, Aliməqamlı rəhbərin belə kəskin çıxışı reallıqda da Azərbaycan Respublikasının təcavüzə məruz qalmış müsəlman xalqına hər cür yardımla müşayiət olunurdu. Bu yardımlar yüzminlərlə azərbaycanlı qaçqının qəbul edilməsi, sərhədlərin hər iki tərəfində yaradılmış qaçqın və məcburi köçkünlərə ilkin humanitar yardımların çatdırılması, blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının bütün ehtiyaclarını ödəmək tədbirlərini əhatə edirdi.
 O zaman İranın Azərbaycana açıq-aşkar dəstəyini ört-basdır etmək mümkün deyildi amma sonralar Elçibəy təfəkkürünün Azərbaycan Respublikası hökuməti, mediyası və cəmiyyətindəki təsiri nəticəsində bunların barəsində yazılmamış senzuralar tətbiq olundu, bəzən həqiqətlər tam əksinə təqdim olundu.
İkinci Qarabağ müharibəsinə stat verildikdən sonra İranın bir daha Azərbaycanın haqlı müharibəsini kəskin dəstəkləməsi və İİR Respublikasının prezidenti və digər rəsmilərinin Azərbaycan ərazilərinin işğalına son qoyulmasına çağırmaları və ən əsası islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin “bütün Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.” Bəyanatından sonra Azərbayan dövlət rəsmiləri o sıradan Prezidentin köməkçisi Hikmət Hacıyev İranın dəstəyini yüksək qiymətləndirməklə yanaşı, birinci Qarabağ müharibəsində də İranın Azərbaycana böyük dəstək verdiyini dilə gətirdi.
İslam inqilabının aliməqamlı rəhbəri birinci Qarabağ müharibəsi dövründə Ermənistanın işğalına son qoyulmasına çağırmışdısa, Azərbaycanla Ermənistan arasında ikinci Qarabağ müharibəsi gedərkən də əvvəlki qətiyyətlə Azərbaycanın bütün ərazilərinin işğalına son qoyulmalı olduğunu vurğuladı.
İndi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-islam Allahşükür Paşazadə İranın aliməqamlı rəhbərinin birinci və ikinci Qarabağ müharibəsindəki yüksək və qətiyyətli dəstəyinə görə təşəkkür etdikdə Elçibəy təfəkkürü Azərbaycandan, Masonik təfəkkür isə Türkiyədən, bu reallığı görmək istəmir. Görməyənə həqiqəti göstərmək olar, görmək istəməyənə isə əsla.  

  • Yazılıb
  • da (də) 2021 Jul 28
  • Göndərən جهان کمالی