Tarix : 2021 Jul 29
Kod 61503

Azərbaycan və İranın XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Arannews : tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Söhbət əsnasında Azərbaycan-Ermənistan dövlət sərhədindəki yeni gərginliklərin də müzakirə olunduğu istisna edilmir. 
İyulun 23-də İran İslam Respublikası Azərbaycan və Ermənistan sərhədində erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə etmişdi.
Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə baş verən təxribatlar fonunda Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğuladı.
Dövlət rəsmisi həmçinin sərhəddə insanların həlak olması ilə bağlı məyus olduğunu deyib və tərəfləri təmkinli olmağa və sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırdı.
S. Xətibzadə İranın davamlı sülhə nail olmaq üçün lazım olan hər bir yardımı təklif etməyə hazır olduğunu sözlərinə əlavə etdi.

  • Yazılıb
  • da (də) 2021 Jul 29
  • Göndərən جهان کمالی