İran-Türkiyə birgə ticarət otağının iranlı həmsədri deyib ki, İran-Türkiyə ticarət həcminin əlli üç faizlik artımı daha yüksək mübadilələr məqsədlərinə nail olmaq üçün bir başlanğıc sayılır.
Arannews :Mehrdad Səadət IRNA ilə müsahibədə bildirib ki, cari 2021-ci ilin ilk rübündə Türkiyə ilə ticarətdə əlli üç faizlik artımın şahidi olmuşuq, amma bu rəqəm ixracat və idxalatın diqqətəlayiq artımı demək deiyil və yalnız ötən ilin göstərcisi ilə müqayisədə hesablanıbdır.
Səadət bildirib ki, otuz milyard dollarlıq ticarət, İranın Türkiyə ilə ticarətinin məqsədi olub. O, vurğulayıb ki, bu rəqəm əlçatmaz deyil, amma bəzi problemlərə görə, hələ bu rəqəmə nail ola bilməmişik.