Tarix : 2021 Aug 01
Kod 61511

Təbrizin xalqdan olan cümə imamı Qafqaz Müsəlmanları İdarəsinin rəisinə təşəkkür etdi

Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim: Cənab Allahşükür Paşazadəyə təşəkkür edirəm; O, öz çıxışında İmam Xameneinin fətvasını çox dəyərli saydı və buyurdu ki, onun fətvası regiona ümid verir və ali məqamlı rəhbərin fətvası Azərbaycanın qələbəsinə zəmin yaratdı.
AranNews – Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim bu həftə Təbrizin cümə namazında (Qafqaz Müsəlmanları İdarəsinin rəisi) Cənab Allahşükür Paşazadəyə İslam İnqilabının rəhbərinin fətvasının Qarabağ müharibəsinin nəticəsinə təsiri barədə çıxışına görə təşəkkür edərək, dedi: (Qafqaz Müsəlmanları İdarəsinin rəisi) Cənab Allahşükür Paşazadəyə təşəkkür edirəm; O, öz çıxışında İmam Xameneinin fətvasını çox dəyərli saydı və buyurdu ki, onun fətvası regiona ümid verir və ali məqamlı rəhbərin fətvası Azərbaycanın qələbəsinə zəmin yaratdı.
Qeyd etmək lazımdır ki, İslam İnqilabının ali rəhbəri ötən il, sonuncu peyğəmbər Həzrət Muhəmməd Mustəfa (s) və Həzrət İmam Cəfər Sadiqin mövlud günü televiziyadan canlı çıxış edərkən, Ermənistan və Azərbaycan Respublikası arasındakı son döyüş barədə buyurdu: “Bu hərbi qarşıdurma mümkün olan ən tez vaxtda bitməlidir; əlbəttə, Ermənistan tərəfdən işğal olunmuş bütün Azərbaycan torpaqları geri qaytarılmalıdır.” Habelə o, bu torpaqlarda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi və iki ölkə arasındakı beynəlxalq sərhədlərin qorunması məsələsini təkidlə vurğuladı və əlavə etdi: “Etibarlı mənbələrin verdiyi məlumata əsasən, regiona girmiş terrorçular heç bir vəchlə İran sərhədlərinə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşsalar, onlara qarşı qəti tədbirlər görüləcək.”
İslam İnqilabının ali rəhbəri müxtəlif münasibətlərlə, ötən 30 il ərzində öz mövqeyini aşkar formada bildirərək, İran İslam Respublikasının Azərbaycan Respublikasının müsəlman xalqına maddi və mənəvi dəstəyinin lazımlığını və işğal edilmiş Qarabağ və ətraf rayonların azadlığını elan etmişdir. Bu göstərişlər əsasında, İran İslam Respublikası Azərbaycan xalqının yanında olmuş, bu məsələdə heç bir addımda səhlənkarlıq etməmişdir. Əlbəttə, bəzi vaxtlarda bəzi mənafeləri qorumaq və bəzi vaxtlarda da media səhlənkarlığı nəticəsində, regionun bəzi ölkələrinin əksinə olaraq, göstərilmiş dəstəkləri media və ümumi mikrofonlardan car çəkməmişdir.

 
  • Yazılıb
  • da (də) 2021 Aug 01
  • Göndərən جهان کمالی