Tarix : 2021 Aug 04
Kod 61519

Azərbaycanlı heyət İrana səfər edəcək

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasiminə qatılacağını açıqlayıb.

Arannews : Musəvi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Xarici İşlər nazirinin müavini də daxil olmaqla, digər yüksək səviyyəli diplomatların da İrana səfər edəcəyini bildirib.  
Bu gün keçmiş prezident Həsən Ruhaninin səlahiyyətlərinin icrasını təhvil alan Rəisinin andiçmə mərasimi 5 avqustda yerli və xarici rəsmilərin iştirakı ilə İslam Şurası Məclisində keçiriləcək.
Andiçmə mərasimində 20 parlament spikeri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir, həmçinin müxtəlif ölkələrin başçıları və parlament spikerlərinin xüsusi nümayəndələri iştirak edəcəklər. 

  • Yazılıb
  • da (də) 2021 Aug 04
  • Göndərən جهان کمالی