Tarix : 2021 Aug 04
Kod 61522

Pantürkizm istilası kommunizmin Azərbaycanı istila etməsindən daha təhlükəlidir-Təhlil

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qurban bayramında çıxışından sonra baş verən olay və mövqelər sübut edir ki, Azərbaycan Respublikasında türkçülük siyasəti və pantürkizm daha təhlükəli mərhələyə daxil olmuşdur.
AranNews – İslam İnqilabının Böyük Rəhbərinin İkinci Qarabağ müharibəsi ilə bağlı mövqeinin müharibənin nəticəsinə vacib təsir qoyduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allaşükür Paşazadə pantürklər tərəfindən “İlham Əliyevin, Azərbaycan və Türkiyə ordusunun rolunu görməmək”, “müharibədə Rəcəb Təyyib Ərdoğanın təsir və roluna diqqət yetirməmək” və “onları təhqir etmək” kimi bir sıra ittihamlara məruz qaldı. Bu istiqamətdə pantürklər irili-xırdalı Azərbaycan Respublikası ordusunun simasını dəstəkləmək bəhanəsi ilə Qarabağ ərazilərinin bir hissəsinin azad edilməsində əsas uğur amili kimi türkçülüyü göstərirlər, QMİ sədrinə hədə-qorxu gəlirlər, ona göstəriş verirlər ki, bundan sonra öz çıxışlarında türkçülük və pantürkizm əleyhinə heç bir söz deməsin, əks təqdirdə öz vəzifəsindən istefa versin və QMİ-yə sədrliyi də pantürk birisinə təhvil versin.
Pantürkizmin Azərbaycanda misli olmayan səviyyədə güclənməsi və tərvici ilə bu ölkə müsəlmanları, xüsusilə də bu ölkənin qeyri-türk dilli etnik qrupları, habelə özlərini türk bilməyən azəriləri üçün mühit çox daralmışdır. Kommunist rejiminin 70 illik hökuməti dövründə kommunizm əleyhinə bir söz deyənin zindana salındığı və Sibirə sürgün edildiyi kimi, indi də hər kim pantürkizmə qarşı bir söz deyərsə, ya narkotik maddələr saxlamaq, təxribatçılıq və s. kimi ittihamlarla şərlənərək zindana düşməlidir, ya da Avropada modern sürgün düşərgələrinə mühacirət etməlidir. Bəli, əgər prezident İlham Əliyevə, ya onun xanımı və vitse-prezident Mehriban Əliyevaya müraciət olaraq tövbənamə yazarsa, pantürkizm təbliğatçısı libasında Azərbaycana qayıda bilər!
Pantürizmin Azərbaycan Respublikası üzərində bu istilası çox təhlükəlidir və kommunizmin, hətta sionizmin “telorantlıq” və “multikulturalizm” adı altında qeyri-rəsmi istilasından da ziyanlıdır. Çünki kommunizm və sionizm heç vaxt Azərbaycan xalqının böyük hissəsini aldada və onu “yadlaşma”ya düçar edə bilmədi. Azərbaycan xalqı kommunistlərin 70 illik və sionistlərin “telorantlıq” və “multikulturalizm” adı altında 30 illik istilası dövründə kommunist və sionist istilaçılarının və onların nökərlərinin yad ünsür olduqlarını, Azərbaycan xalqının əsil kimliyinə düşmən kəsildiklərini bilirdilər. Ancaq pantürklər və türkçülər kommunist və sionist istilaçılarının bu problemini bir qədər həll edə biliblər.
Hazırda camiənin bir hissəsi pantürkləri özlərindən hesab edirlər və onu düşmən saymırlar. Pantürklər özlərini Azərbaycan xalqına onların özlərindən olan ünsür kimi sırımağa səy edirlər və ötən otuz ildə öz mahiyyətini “azərbaycançılıq” anlayışı altında gizlətməkdən fərqli olaraq, indi artıq “azərbaycançılıq” maskasından istifadə etməyə lüzum duymurlar. Bu üzdən pantürklər belə inanır ki, Azərbaycan xalqını aldada və “yadlaşma”dırmada tarixi və misli olmayan nailiyyət əldə ediblər. Azərbaycanın hər bir yerində geniş şəkildə Türkiyə bayraqlarının asılmasından sonra, yavaş-yavaş Azərbaycan Respublikasının Türkiyə olmasından söz açılır. Türkiyə vətəndaşlarının Azərbaycana vizasız və pasportsuz gəliş-gedişinə icazə verilməsinin ardınca, müştərək ordu yaradılması, əslində isə Türkiyə ordusunun Azərbaycanda yerləşdirilməsi haqda sözlər gəzir, prezident İlham Əliyev özünü Turan şahı hesab edən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon əlaqəsindən sonra vacib siyasi qərarlar verir. Belə ki, İlham Əliyev hətta, sionist rejimi nəzdində Azərbaycanın ticarət və turizm nümayəndəliyinin açılması qərarının icrasını da Ərdoğanın sionist rejiminin başçısı ilə telefon bağlantısı, onun Ankaranın bu rejimlə münasibətləri genişləndirmək niyyətində olduğuna təkid etməsi, Ankaranın sionist rejimi ilə yaxınlaşmaq istədiyinə əmin olduqdan sonra həyata keçirdi.
Bütün bu olaylar sübut edir ki, Azərbaycanda yeni dövr başlamışdır və onun əsas xüsusiyyəti pantürklərin at oynatmasıdır. Onlar Azərbaycan xalqının kimliyini məhv etmək istiqamətində kommunistlərin istilası dövründə və sionist rejiminin telorantlıq və multikulturalizm siyasətləri ilə istilası dövründə əldə edilən təcrübələrdən istifadə etməklə, artıq onların səhvlərini təkrar etməmək, kimlik məhvini digər yollarla həyata keçirmək niyyətindədirlər.
Həmin səbəbdən pantürkizm Azərbaycan xalqının əsil kimliyi sayılan və bütün yad kimliklərin qarşısında dayanan şiəliyi hədəfə alıb, bu ölkədə şiəliyi tamamilə məhv etmək istəyir və öz məqsədinə çatmaq üçün müxtəlif hiyələlərdən istifadə edir; o cümlədən “termit siyasəti” kimi hiylədən. Yəni Azərbaycanda şiəliyi yemək və onun əsas özəyini məhv etmək üçün şiəliyin daxilinə nüfuz etmək. Bu yönümdə aldadıcı senarilərdən istifadə edilir.
Bürhan Hişməti
 
  • Yazılıb
  • da (də) 2021 Aug 04
  • Göndərən جهان کمالی