Tarix : 2021 Aug 06
Kod 61526

İranda prezidentin andiçmə mərasimi keçirilir

İranda yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirilir.

 Arannews :iran İslam Respublikasının yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimi bu gün yerli vaxtla 17:00-da Tehranda baş tutacaq.  
Məlumata əsasən, Tehrandakı mərasimə çox sayda xarici qonaq qatılacaq. İran Parlamenti-İslam Şurası Məclisinin Rəyasət Heyətinin rəsmi nümayəndəsi Seyid Nizaməddin Musəvinin sözlərinə görə, 73 ölkədən 115 nümayəndə açılışda iştirak etməyə hazır olduqlarını açıqlayıb.
Mərasimdə 10 dövlət başçısı, 20 parlament sədri, 11 xarici işlər naziri, 10 nazir və digər rəsmi şəxslər iştirak edəcək. Rusiya Federasiyasını Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti də bu andiçmə mərasimində iştirak edəcək. 
Andiçmə mərasimi zamanı Tehran və ətrafında olan hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılacaq.

  • Yazılıb
  • da (də) 2021 Aug 06
  • Göndərən جهان کمالی