Tarix : 2021 Aug 07
Kod 61527

İmam Xomeyni 58 il öncə: Bizim bütün problemlərimizin amili şah, İsrail və islamofobiyadır

İmam Xomeyni (r) 58 il öncə məhərrəmlik günlərində Qum əhalisi və ruhanilər qarşısında çıxış edərkən sionist rejiminin İranda nüfuzuna etirazını bildirərək, şah və İsraili İranın problemlərinin səbəbkarı kimi tanıdıb.
Arannews : Azərbaycan hökumətinin işğal edilmiş Fələstin ərazilərində rəsmi nümayəndəlik açması münasibətilə diqqətinizi İmam Xomeyninin 1963-cü ildə etdiyi çıxışına cəlb edirik. İmam bu çıxışında sionist rejimini İran xalqının problemlərinin səbəbkarı kimi tanıtmışdır.
İsrail bu ölkədə alimlərin olmasını istəmir. İsrail bu ölkədə Quranın olmasını istəmir. İsrail bu ölkədə din alimlərinin olmasını istəmir. İsrail bu ölkədə İslam əhkamının icra edilməsini istəmir. İsrail öz qara nökərlərinin əli ilə mədrəsəni vurur. (Qumun Feyziyyə və Təbrizin Talibiyyə mədrəsələri eyni zamanda şah rejiminin vəhşi hücumuna məruz qaldılar)
Dünya banklarını dolduranlar, çox böyük işlər quranlar yenə də bu xalqdan əl götürmürlər, xalqın digər mənafelərini də özlərinin, yaxud İsrailin cibinə doldurmaq istəyirlər. Bunlar müftəxor deyilmi? Dünya və xalq özü kimin müftəxor olduğu barədə hökm verməlidir.
Bu gün mənə xəbər verdilər ki, xətiblərdən üç nəfərini Təhlükəsizlik İdarəsinə aparıblar. Onlara tapşırıblar ki, üç məsələyə qarışmayın, ondan başqa nə istəsəniz edin. Həmin üç məsələ budur: şahla işiniz olmasın; İsraillə işiniz olmasın; dinin təhlükədə olduğunu deməyin. Bu üç mövzuya toxunmayın, başqa nə istəyirsiniz deyin.
Halbuki, bizim bütün əzab-əziyyətimiz bu amilə görədir. Bütün problem və əzab-əziyyətimiz!
İsrail şahın dostudurmu? İsrail öz əlaltılarının vasitəsilə bizim ölkəmizi məhv edir, hökuməti məhv edir.
Bizim dərdimiz çoxdur. Xalqın başına gətirilməkdə olan bəlalar çox ağrılıdır. Bu bizi qorxudur. Şah və İsrail arasından hansı əlaqələr mövcuddur ki, Təhlükəsizlik İdarəsi təkid edərək tapşırır: İsraildən danışmayın, şahdan da danışmayın. Bu ikisinin arasındakı əlaqə nədən ibarətdir? Təhlükəsizlik İdarəsinin fikrincə, şah yəhudidirmi? Belə deyil, o, özü müsəlman olduğunu deyir. Ona görə də şəriətə uyğun olaraq müsəlman sayılır. Onda İsrail və şah arasındakı əlaqə hansıdır? Bunun bir sirri vardır. Qurumların onu məhv etmək istədiyini deyirlər. Ola bilsin, bu söz düzgün olsun. Sən belə düşünmürsən? Əgər belə düşünürsənsə, onda bir çarə et. Bu məsələni bir təhər ona çatdırın. Bəlkə oyandı, bəlkə bir qədər ətrafını görə bildi. Ətrafını alıblar, ona görə də bu sözləri ona çatdırmaq çətindir. Biz təəssüflənirik, İranın bu vəziyyətindən, ölkənin bu  bərbad durumundan, hökumət heyətinin vəziyyətindən, bu şəraitdən çox təəssüflənirik.

 
  • Yazılıb
  • da (də) 2021 Aug 07
  • Göndərən جهان کمالی