İslam Respublikasının yeni prezidenti İbrahim Rəisinin dünən baş tutan andiçmə mərasimində iştirak üçün İrana səfər edən Ermənistan baş naziri Nikol Paşiniyanın İranın yeni prezidenti ilə görüşündən yazıb.
“Arannews :iran Nikola qadağa qoydu: Rəisi ilə görüşdə şok “ başlıqlı yazısında belə deyilir: İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak üçün bu ölkəyə gedən Nikol Paşinyanın Rəisi ilə geniştərkibli görüşündə diqqət yalnız və yalnız ikitərəfli əməkdaşlıq, ticari əlaqələrə ayrıldı, N.Paşiniyan Qarakilsə-Meğri yolunun tikintisində İran şirkətlərinin iştirakı, Şimal-Cənub avtomobil xətti, elektrik enerjisi sahəsində əməkdaşlıq və s. təkliflərini səsləndirdi. Sonra mədəniyyət, elm, təhsil, səhiyyə sahələrində əməkdaşlıq imkanlarını müzakirə edildi. Vəssalam!
Məqalədə sonra deyilir: Ermənistan baş naziri Paşinyan Rəisidən, əlbəttə ki, Qarabağla bağlı hər hansı açıqlama gözləyirdi..Ancaq İbrahim Rəisi ümumiyyətlə regional təhlükəsizlik, xüsusilə Azərbaycan dövlətinin artıq həll etdiyi Qarabağ münaqişəsi barədə bir kəlmə də demədi. Rəisinin dilindən çıxan yeganə söz bu oldu: “Bölgədə sülhün qorunması Tehran üçün əsas prioritet kəsb edir və İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır”.
Məqalə Nikol Paşiniyan ilə İbrahim Rəisinin görüşündə Qarabağ münaqişəsindən bir kəlmədə olsun danışılmamasına diqqət çəkir: “ Nə sərhəddə baş verənlər xatırlanır, nə Qarabağ yada salınır, nə də regionda təhlükəsizliyi təhdid edən “hansısa bir məqam”ın olduğu bildirilir.”-Müəllif yazır.
Dövlət rəhbərləri arasında müzakirə edilən məsələlər əvvəlcədən razılaşdırılır və heç bir şübhə yoxdur ki, Paşinyan-Rəisi görüşünə hazırlıq gedərkən, İran regionla bağlı siyasi müzakirələr və bəyanat verilməsinə qarşı çıxıb. Buna görə də Nikol Paşinyan bu mövzuda hansısa açıqlama edə bilmədi.
Müəllif Azərbaycan nümayəndə heyətinin İranda səfərdə olarkən İbrahim Rəisinin tutduğu siyasi mövqenin Bakının maraqlarına uyğun olduğunu xatırladaraq yazır: Hər bir halda İran Ermənistanla yalnız kommunikasiyalar, yolların açılması, ticari əlaqələri müzakirə edir və bununla da İranın münaqişənin bitdiyi haqda Azərbaycanın qəti mövqeyini müdafiə etdiyi təəssüratı yaranır.
Məqalənin sonunda İ.Rəisinin tutduğu mövqenin Azərbaycan və İran arasında yeni prezidentin dövründə yeni imkanlar açılacağı ilə nəticələnəcəyi bildirilir.
Xatırladaq ki, İranın yeni prezidenti dünən Ermənistanın baş naziri ilə görüşündə İranın regionda toqquşma və çaxnaşmanın heç kimə xeyir yetirməyəcəyini xatırladıb və region ölkələri arasında sülh və sabitliyin bərqərar olması istiqamətində İranın əlindən gələn hərhansı yardımı əsirgəməyəcəyini vurğulayıb.