Tarix : 2008 Jul 29
Kod 6153

Azərbaycanda Prezident seçkisinin tarixi elan olundu

MSK prezident seçkisinə hazırdır: «Yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb
Azerbaijan Servisi/خبرگزاری آران
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 28-də keçirilən iclasında məlumat verib

 

 


O, bildirib ki, MSK prezident seçkisinə hazırdır: «Yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Dairə seçki komissiyaları üçün normal iş şəraiti yaradılıb və onların böyük əksəriyyəti yeni binalarla təmin olunub»,- deyə MSK sədri bildirib.

Bu vaxta kimi bir sıra siyasətçilər prezident seçkisində iştirak edəcəklərini açıqlayıblar. Hakim Yeni Azərbaycan Partiyası indiki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib. «Azadlıq» siyasi partiyalar bloku isə seçkilərin yenə də demokratik keçirilməyəcəyini bildirərək, boykot qərarı verib.
  • Yazılıb
  • da (də) 2008 Jul 29