“Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Arannews ;APA-nın məlumatına görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “Tvitter”dəki paylaşımında əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan ibarətdir.