Tarix : 2021 Aug 13
Kod 61551

Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır – Paşinyan

Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır və ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözləyir.

Arannews - TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Ermənistan Baş naziri əlavə edib ki, İrəvan regional kommunikasiyanın blokadadan çıxarılması üçün Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır.
O, Ermənistan ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazır olduğunu da bildirib.
Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistanın mövqeyinin dəyişməz olduğunu bildirən Nikol Paşinyanın sözlərinə görə, bu istiqamətdə işlər intensivləşməlidir

  • Yazılıb
  • da (də) 2021 Aug 13
  • Göndərən جهان کمالی