Tarix : 2021 Aug 14
Kod 61554

Azərbaycan Ordusunun tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başlayıb

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Arannews -Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.
Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.

  • Yazılıb
  • da (də) 2021 Aug 14
  • Göndərən جهان کمالی