Tarix : 2021 Aug 16
Kod 61560

Erməni siyasətçilər Azərbaycanı sınağa çəkirlərmi?

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakıdan icazəsiz rusiyalı sülhməramlıların nəzarət etdiyi Laçın koridorunadan keçərək Qarabağa səfərini reallaşdırıb.

Arannews : Azərbaycan mənbələrinin bildirdiyinə görə, Ermənistanın üçüncü prezidentini Serj Sarkisyan Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras monastrına baş çəkib.
Siyasi çevrələrdə deyilir ki, sabiq erməni rəsmi bu addımı ilə Azərbaycan Respublikasının xəbərdarlıqlarına məhəl qoymadığını nümayiş etdirib.
Xatırladaq ki, yanvarın 7-də prezident İlham Əliyev Ermənistanın o vaxtkı xarici işlər naziri Ara Ayvaziyanın Xankəndinə səfərinə reaksiya göstərib bildirmişdi ki, bu addımlar davam edərsə, Azərbaycanın cavabı çox sərt olacaqdır.
Azərbaycanın dövlət başçısı demişdi: “Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, – ancaq Qırmızı Xaç istisna olmaqla, – oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.
Bunun ardınca Azərbaycan XİN növbəti bəyanat yayıb və rəsmi İrəvanı ağlını başına yığmağa çağırmışdı.

  • Yazılıb
  • da (də) 2021 Aug 16
  • Göndərən جهان کمالی