Tarix : 2021 Aug 16
Kod 61561

Hərbçilərimiz Əfqanıstanda xidməti vəzifələrini davam etdirir

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

Arannews -Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir"-deyə, məlumatda deyilir.

  • Yazılıb
  • da (də) 2021 Aug 16
  • Göndərən جهان کمالی