Tarix : 2021 Aug 20
Kod 61568

Təbrizli əzadarlarla Gürcüstanın Marneuli şəhərinin hüseynçi dəstələri arasında video əlaqə

Təbrizli əzadarlar Gürcüstanın Marneuli şəhərinin hüseynçi dəstələri arasında video əlaqə yaratmaqla, Həzrət Əba-Əbdillah Hüseynin (ə) aşiqləri arasındakı köhnə əzadarlıq ənənələrindən olan “Hüseyni salam” ayinini dirçəltdilər.
Aran News-un xəbərinə əsasən, İmam Hüseyn (ə) müsibətinin Tasua günündə, Təbrizli əzadarlar Gürcüstanın Marneuli şəhərinin hüseynçi dəstələri arasında video əlaqə yaratmış, əzadarlıq mərasiminin sonunda Kərbəla şəhidlərinə şeir və mərsiyə oxuyaraq, Həzrət Əba-Əbdillah Hüseynin (ə) aşiqləri arasındakı köhnə əzadarlıq ənənələrindən olan “Hüseyni salam” ayinini dirçəltmiş və qarşılıqlı hörmətlərini bildirmişlər.
Qeyd etmək lazımdır ki, məhərrəm ayı günlərində azəri əzadarların ən gözəl ənənələrindən biri də, əzadar dəstələrin küçə yürüşlərində bir-birlərilə qarşılaşdığı zaman, onlara hörmət əlamətləri və salamlamalarıdır. Başqa bir adət də, bu heyətlərin məhəllə məscidlərinə getməkdir. Təəssüflər olsun ki, gözəl mədəni və ictimai təsirləri olan bu gözəl və əzəmətli ənənə diqqətsizlik nəticəsində unudulmaqdadır.
“Hüseyni salam” proqramında, əzadar dəstələr bir-birlərinə yaxınlaşdıqda, ya məscidə gəldikdə, əzadarlığa məxsus təbil və zəncirlərini saxlayar və mərasimdə iştirak edənlər, şüarlar və mərsiyələrlə bir-birlərinə salam verər və hörmət bildirərlər. Burada Əhli-beyt (ə) sevərlər arasında qorunub-saxlanmış şifahi ədəbiyyat şeirlərindən bəzilərinə işarə edirik:
Ey Hüseyn (ə) aşiqləri, bizdən salam olsun sizə!
Cavabında:
Ey Hüseyn (ə) nökərləri, bizdən salam olsun sizə!
Proqram bitdikdən sonra, bir-birlərindən ayrılan zaman, aşağıdakı beytlə qarşı tərəfə dua edirdilər:
Xoş gəldiniz ey əhli-əza,    Allaha tapşırdıq sizi
Xaliq özü versin cəza,     Allaha tapşırdıq sizi

 
  • Yazılıb
  • da (də) 2021 Aug 20
  • Göndərən جهان کمالی