Əfqanıstan şiələri bu gün (19 avqust) sərbəst şəkildə, heç bir maneə olmadan Aşura günü mərasimlərini ölkənin hər yerində yerinə yetiriblər.
Arannews -Deyerler.org xəbər verir ki, Taliban hakimiyyətə gəldikcə on minlərlə Əhli-Beyt (ə) sevdalısı Bəlx vilayətinin mərkəzi Məzari-Şərif şəhərində keçirilən Aşura günü matəm mərasiminə qatılıblar.
səhərdən etibarən Məzari-Şərifin müxtəlif bölgələrindən olan on minlərlə əzadar kilometrlərlə yolu piyada gedərək, Məzari-Şərifə gəliblər.
Verilən məlumata görə, Aşura mərasimi tam təhlükəsizlik şəraitində keçirilib
Əfqanıstanın paytaxtı Kabil və Herat şəhərindən paylaşılan görüntülərə baxdıqda oradakı İmam Hüseynin (ə) Aşura mərasiminin izdihamlı keçdiyini görmək olar.
Ətrafdakı əzadarlıq mərasimlərinin təhlükəsizliyi heyətlərin, şəhər daxilindəki təhlükəsizlik qüvvələrinin və Məzari Şərifdəki Taliban qüvvələrinin məsuliyyətində olub.