Azərbaycanın Müdafiə Nazirliyi bu ölkə ordusunun üç rayonda və Şuşada yerləşən mövqelərinin atəşə tutulduğunu bildirib.
Arannews : Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19- saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus, Basarkeçər və Berd rayonu istiqamətindən Azərbaycan ordusunun Laçın, Kəlbəcər və Tovuz rayonlarının yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, bundan əlavə, avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən hərbi hissələrə atıcı silahlardan fasilələrlə atəş açılıb.
Qeyd olunur ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur və hazırda sözü gedən istiqamətlərdə vəziyyət sabitdir.