Gəncə işi üzrə Yunis Səfərovun da təmsil olunduğu 12 nəfərlik qrupun məhkəməsi sona çatdı.
Arannews :Avqustun 16-da Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxundu. Yunis Səfərov ömürlük həbs cəzasına məhkum edildi.
Bu hökmü etirazla qarşılandı.
Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə vetenugrunda.az-ın sualını cavablandırarkən məhkəmənin hökmünün ədalətsiz olduğunu bildirib: "Əgər Azərbaycanda ədalətli məhkəmə sistemi olsaydı, Yunis Səfərovu deyil, sabiq icra başçısı Elmar Vəliyevi həbs edərdilər. Gəncə kimi qədim mədəniyyətə, tariximizin ən şərəfli səhifələrinə sahib olan bir şəhəri Elmar Vəliyev alt-üst etdi. Məscidə ayaqqabı ilə girib dinimizi, Şəhid anasını döyüb dəyərlərimizi təhqir etdi. Üstəlik, Cavad Xan kimi Şəhidimizə, qürur mənbəyimizə hörmət qoymadı. Bunun günahı kimdə idi? Əlbəttə ki günahkar Yunis deyildi".