Bu il də, bütün maneələrə baxmayaraq, Azərbaycan Respublikasında şəhidlər sərvərinə əzadarlıq məclisləri keçirildi və “Ləbbəykə ya Hüsəyn (ə)” sədaları ölkənin məscid və küçələrində hər yerə yayıldı.
... Arannews: imam Hüseynin (ə) aşiqləri və əzadarları Azərbaycan Respublikasının müxtəlif yerlərində bütün maneələrə baxmayaraq, əzadarlıq və matəm mərasimlərində iştirak etmiş və şəhidlər ağası və sərvəri İmam Hüseynə (ə) öz eşq və məhəbbətlərini bildirmişlər. Onların “Ləbbəykə ya Hüsəyn (ə)” və “Ləbbəykə ya Əbəlfəzl (ə)” sədaları bu şiə ölkəsinin məscidləri, dini məkanları və bəzi prospekt və küçələrində əks-səda verdi.
Xəbərlər və göndərilən görüntülər bu mərasimlərin Bakı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad, Naxçıvan və Azərbaycan Respublikasının başqa şəhərlərində keçirilməsini göstərir.