Tarix : 2021 Aug 22
Kod 61576

Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlılarının nəzarətində olan erməni silahlı dəstələri tərəfindən Azərbaycan Respublikası ordusunun mövqeləri atəşə tutulub.

Arannews :Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki,bundan əlavə avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazisində keçmişdə olduğu kimi fəaliyyət göstərən qondarma Dağlıq Qarabağ Respublikasının silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan Respublikası ordusunun mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.
Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

  • Yazılıb
  • da (də) 2021 Aug 22
  • Göndərən جهان کمالی