Biləsuvar rayon polis idarəsinin əməkdaşları rayonda molla Kərbəlayi Hüseyn kimi tanınan Hüseyn Əhməd oğlu Qasımovu hüzr məclisindən tutub birbaşa idarəyə gətiriblər.
Arannews - Vetenugrunda.az-a istinadən xəbər verir ki, bu gun Biləsuvar rayon polis idarəsinin əməkdaşları rayonda molla Kərbəlayi Hüseyn kimi tanınan Hüseyn Əhməd oğlu Qasımovu hüzr məclisindən tutub birbaşa idarəyə gətiriblər.
Bu barədə yaxınları məlumat verib. Məlumata görə, səhər saat 11:00-da bir hüzr məclisinə başsağlığı üçün gedən Kərbəlayi Hüseyni heç bir səbəb göstərilmədən, yaxınlarına xəbər vermədən polis idarəsinə aparıblar. Hazırda Hüseyn Qasımovun Biləsuvar Rayon Məhkəməsinə göndərildiyi deyilir.
Məhkəmənin önündə toplaşan yaxınlarına deyiblər ki, “hakimi gözləyirlər. Şənbə günü olduğu üçün hələ bir xeyli gözləməli olacaqlar”.
Qeyd edək ki, Hüseyn Qasımov Azərbaycan İslam Partiyasının Biləsuvar filalının yaradıcılarından və bölgənin nüfuzlu ilahiyyatçılarındandır.