ABŞ-ın bu ölkəyə qarşı siyasətini sərt şəkildə tənqid edən Livan "Qulna və Amal" dərnəyinin rəhbəri İran İslam Respublikasına Livana yanacaq göndərdiyi üçün təşəkkür edib.
Arannews -HEDEF14.az xəbər verir ki Dərnəyin rəhbəri Şeyx Əhməd Qəttan İran İslam Respublikasının Livana yanacaq göndərməsindən danışıb.
Livanlı sünni din xadimi bildirib ki, Livanda bəziləri İran tərəfindən Livana gedən yanacaq tankerinə etiraz edirlər. Onların bəhanəsi budur ki, bu gəmi Livan üçün bir çox sanksiyalara səbəb olacaq:
"Livanın sanksiyalarından və mühasirəsindən kim faydalanır? Amerikalılar Livanı mühasirəyə almaqdan başqa heç nə etmirlər.
İran İslam Respublikasını yüksək qiymətləndiririk. Güclüyük və bu gəmiyə hücum ediləcəyi təqdirdə bu hücuma cavab verəcəyimizi açıqladıq.
Livanda bəziləri ölkənin amerikalılar qarşısında alçaldılmasını istəyir. ABŞ muzdluları Əfqanıstandakı ABŞ muzdlularından dərs almalıdır. Hər halda İrana Livana yanacaq göndərdiyi üçün təşəkkür edirik".