İranın Azərbaycan səfirliyinin hərbi attaşesi Cavad Furutəni Naxçıvan Muxtar Respublikası Ordu Komandanı Kərəm Mustafayevlə görüşüb.
Arannews -HEDEF14.az-in məlumatına əsasən, görüş zamanı Naxçıvandakı vəziyyətlə regiondakı son vəziyyət İran-Naxçıvan hərbi və müdafiə əlaqələri müzakirə edilib.
İranın Naxçıvan baş konsulu Seyid Əhməd Hüseyninin də qatıldığı görüşdə Kərəm Mustafayev İran İslam Respublikası və Azərbaycan arasındakı əlaqələrin iki ölkə xalqının maraqları naminə gündən-günə artacağını bildirib.
Mustafayev deyib: "İranın bütün düşmənçiliklərə və sanksiyalara baxmayaraq hər sahədə, xüsusən də ordu sahəsində güclü səviyyədə olması bizi sevindirir".
Dağlıq Qarabağ probleminə və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsilə əlaqədar İranın dostca və qardaşca mövqeyinə görə təşəkkür edən Mustafayev əlaqələrin inkişafına heç bir maneənin olmadığını və iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyini vurğulayıb