Tarix : 2021 Aug 25
Kod 61593

Azərbaycanın ATV kanalının yalan iddialarına cavab olaraq

Azərbaycanın ATV kanalında yayınlanmış film İrana aid deyil
Arannews :Azərbaycan Respublikasının ATV kanalı başqa ölkələrə aid videonu yayımlaması və İranda kasıb və ac əhalinin yemək əldə etmək üçün hücum etməsini iddia etməsi, bu televiziya kanalının ekspertlərinin məlumatsızlığı və bu kanalın aparıcısının böyük səhv etdiyini göstərir.
... ; Son zamanda Azərbaycan Respublikasının ATV kanalı bəzi görüntülər yayımlayaraq, çox güman ərəb ölkələrindən birində baş vermiş bir dəstənin qida əldə etmək üçün hücum etdiyini səhvən İranda kasıb və ac xalqın hücumu kimi bildirmişdir. Halbuki, bu görüntülər ümumiyyətlə İrana və yaxud məhərrəm ayı günlərində nəzir və ehsan paylamağa aid deyildi. Bu da, sözügedən televiziya kanalının ekspertlərinin məlumatsızlığı və kanalın aparıcısının kobud səhvi deməkdir.
Məlum olan budur ki, Azərbaycan Respublikasının ATV kanalının istifadə etdiyi kadrlar keyfiyyətsiz və bulanıqdır və burada kimsə fars, azəri və ya İran xalqlarından heç birinin dilində danışılmır. Hətta, İranın və ya iranlının bir atributu da görünmür. Bu da, bu kanalın aparıcı və ekspertlərinin İranda kasıb və ac əhalinin yeməyə hücumunu təsdiqləmir. Habelə, ona istinadla iddia etmək olmaz ki, bu görüntülər Azərbaycan Respublikasındakı və ya hər hansı bir ölkədəki kasıb və ac insanlara aiddir; əks halda iddia olunsun ki, bu video ATV kanalı tərəfindən yayımlandığı üçün, ola bilər ki, onlar bu kadrları öz yaşadıqları yerdə hazırlayıblar!
Şübhəsiz ki, Azərbaycan Respublikasının əhalisinin hüquq və izzətinə hörmətsizliyi təsdiqləyən çoxlu görüntü və sənədlər, sübutlu və həqiqi olaraq sosial şəbəkələrdə, KİV və internetdə asanlıqla tapılır. Əgər İranın televiziya kanalları bunlarla məşğul olmalı olsalar, gərək uzun müddət öz adi proqramlarını saxlasınlar ki, bütün bu kadrları göstərməyə imkan yaransın! Amma, İran İslam Respublikasının KİV-ində, yalan uydurmağa ehtiyac olmayan həqiqi video və sənədlər də yayımlanmır. Çünki əvvəla İran KİV-i yalan danışmağa və ya öz qonşuları əleyhinə nifrət yaratmağa bir səbəb görmürlər. İkincisi, İran İslam Respublikası öz qonşu, dost və qardaş ölkəsi olan Azərbaycanı özünə bir təhdid və rəqib saymır. Əksinə, həmişə bu ölkəyə dostluq əli uzatmış və İran İslam Respublikasının maddi və mənəvi dəstəyi gizli və aşkar olmaqla, açıq sənədlərdə, habelə bəzən ictimai rəy baxımından yersiz və səbəbsiz görünsə də, sözügedən ölkənin siyasətçilərinin bəzi rəsmi və qeyri-rəsmi təşəkkürlərində müşahidə olunur.
Qeyd etmək laımdır ki, son illərdə korona virusunun pandemiyası səbəbilə, İranda nəzir və ehsan paylanmasında əsaslı dəyişikliklər olmuşdur. Bu il də, məhərrəm ayının ilk on günlüyündə nəzir və ehsanlar gigiyenik qablaşdırmalarla ehtiyaclıların qapısında paylanmışdır. Ötən iki ildə də, vəfat edənlərin matəm məclislərində yemək paylanması, habelə toy mərasimlərində də qonaqların qəbulu məhdudlaşdırılmış və belə mərasimlərin xərcləri xeyriyyə təşkilatları və ehtiyatsızlıqdan ziyana düşmüş məhbusların borclarının ödənməsi kimi başqa xeyriyyə işlərinə sərf edilir.
İran İslam Respublikası imkansızlara kömək etməkdə öndə olan ölkələrdən biri sayılır və bu sahədə çoxlu dövlət və özəl təşkilatlar fəaliyyət göstərir. İranın müsəlman və qayğıkeş xalqı, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və məsum imamların (ə) tövsiyəsinə əsasən, qurban bayramı, Qədir-Xum bayramı, mübarək ramazan ayının iftar mərasimlərində, fitrə zəkatı ödəmədə, məhərrəm ayında nəzir və ehsan vermək kimi fürsətlərdə, və başqa hallarda ehtiyaclılara yardıma tələsirlər. Bu yardımlar hər il daha yaxşı və daha məqsədyönlü olur. Hətta Təbriz kimi İranın bəzi böyük şəhərləri, şəhər əhalisinin səyləri və İslam dininin təlimlərinə əməl etməklə, dilənçisiz şəhər kimi məşhurlaşmışdır. Belə ki, bu şəhər İranın başqa şəhərlərinə nümunəyə çevrilmişdir.
Mütləq əlaqədar məsul şəxslər, o cümlədən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı möhtərəm səfiri Seyid Abbas Musəvi, Azərbaycan Respublikasının ATV kanalının aparıcısının son çıxışına görə müvafiq reaksiya verəcək və İran İslam Respublikasının izzətli xalqının etirazlarını bildirəcək və bu ölkənin müvafiq orqanlarına lazımi xəbərdarlıqları edəcəkdir.
Əmir Sabit

 
  • Yazılıb
  • da (də) 2021 Aug 25
  • Göndərən جهان کمالی