Qarabağda çaxnaşma müşahidə olunur, hamı Laçın dəhlizinin yaxın vaxtlarda bağlanmasından danışır.
Arannews :Azərbaycan mənbələri bildirirlər ki, tanınmış erməni jurnalist, Ermənistan Jurnalistlər Birliyinin üzvü Nairi Oxikyan bu barədə sosial şəbəkələrdə yazıb.
Jurnalistin sözlərinə görə, "çaxnaşma böyük sürətlə yayılır". Jurnalist Qarabağ ərazisini tərk etmək istəyən ermənilərdən onlarla müraciət alır. Oxikyan, onları sosial media vasitəsi ilə sakitləşdirməyə çalışır.
Xatırladaq ki, 10 noyabr tarixli Moskva sazişi, Rusiya sülhməramlılarının məsuliyyət bölgəsindəki erməni yaşayış məntəqələrini Ermənistanla birləşdirən alternativ yolun tikintisini nəzərdə tutur. Hazırkı dəhliz Azərbaycanın Laçın rayonundan keçir.