Tarix : 2021 Aug 30
Kod 61611

Azərbaycan Respublikasında yeni islamofobiya dalğası başlayıb

Son günlərdə Azərbaycan Respublikası KİV-lərində İmam Zaman (əc) əleyhinə şübhələr yaradılması, aclıqdan əziyyət çəkən insanların yemək qazanlarına hücumunu əks etdirən videonu İrana aid etmək, yaxud azərbaycanlı tələbə qızlara Qum şəhərində təcavüz edilməsi kimi yalan və əsassız xəbərlərlə başladılmış islamofobiyanın yeni dalğası dayandırılmalıdır.
AranNews – Son günlərdə Azərbaycan Respublikasının rəsmi və qeyri-rəsmi KİV-lərində qərəzli görüntülər verməklə, əsassız xəbər və məqalələr dərc etməklə, islamofobiyanın yeni dalğası başladılmışdır. Bu ölkədə KİV rəhbərləri əllərində olan vasitələrdən yararlanmaqla, İslam alimləri, elmi hövzələr, islamçılar və şiəçilik əleyhinə iftira xarakterli məlumatlar yayırlar.
Bir gün bir neçə aldanmış və zərərçəkmişin şikayətindən istifadə edərək İmam Zaman (əc) əleyhinə şühbə yayır və hörmətsizlik etməyi qənimət bilirlər, bir gün televiziya kanalından İrana aid olmayan videonu İrana və məhərrəmliyə aid edərək yoxsul və ac insanların öz yeməklərini təmin etmək üçün hücumunu göstərirlər, bir gün də “oxu.az” kimi saytlarda çox həyasızcasına naməlum telegram kanalına istinad edərək Qum şəhərində həzrət Fatimə Zəhra (ə) mövludu günü azərbaycanlı tələbə qızlara cinsi təcavüz edildiyini yazırlar, öz şərti qurbanlarının İmam Məhdinin (əc) zühuruna etiqadları olduğu üçün bu təcavüzə münasibət bildirmədiklərini iddia edirlər.
İftira xarakterli, emosional və psixi əməliyyata bulaşdırılmış ədəbiyyatla bəzədilmiş bu yalanlar çox asanlıqla Azərbaycan Respublikasının rəsmi və qeyri-rəsmi saytlarında, sosial şəbəklərində yer alır. Nümunə olaraq bu gün oxu.az saytında azərbaycanlı tələbə qıza təcavüz edilməsi ilə bağlı xəbərin dərc edilməsini göstərmək olar. Belə ki, üç saatdan az bir müddətdə bu ölkənin 30-dan çox saytında yayıldı, ardında isə sürətlə sosial səhifə və kanallarda paylaşıldı. Halbuki, bu xəbər hətta təkzib edilsə və bu yalanı yayan səlahiyyətlilər üzr istəsələr də, həmin üzrxahlıqlar geniş yayımlanmır, beləliklə, oxucuların çoxu bədbinliyə düçar olur.
Ortaya çıxan sual budur ki, Azərbaycan Respublikasında hökumət müxalifətçiləri, hətta islamçılar öz siyasi və dini baxışlarını bəyan etdikləri üçün sıxışdırıldığı, zindana salındığı və işgəncələrə məruz qaldığı bir halda, qonşulara qarşı, hətta bu ölkənin müsəlman əhalisi əleyhinə bu kimi iftiraları yayanlarla və nifrət yaradanlara qarşı ciddi tədbir görülmür?! Azərbaycan hökumətinin KİV-lər üzərində nəzarəti yoxdurmu?! Yaxud ölkənin siyasətçiləri, islamçıları və mətbuatı ilə münasibətlərdə ikili standartla qarşılaşırıq.
İnsaf deyil ki, bu ölkənin işğal edilmiş ərazilərini işğaldan azad etmək üçün ehtiyac yarandıqda islamçılara və şiə cavanlara üz tutulsun, İslam torpağının hər parçası azad olduqda orada azan səsləndirilsin, ölkə başçıları azad edilmiş bölgələrdə məscidlərə gedib, kamera qarşısında Quranı, məscidlərin divarlarını öpsünlər, lakin ayrı günlərdə müqəddəslərə, islamçılara, İran İslam Respublikasında təhsil alan tələbələrə, İrana, Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xameneinin nümayəndələrinə hörmətsizlik edilməsinə icazə verilsin.
Bu prosedur dayandırılmalıdır, belə iftira xarakterli mövzuları yayan KİV ünsürləri və rəhbərləri İran və Azərbaycanın müsəlman xalqından üzr istəməklə yanaşı, özlərini sionist şeytanlarının tələsindən xilas etməlidirlər.
Əmir Sabit

 
  • Yazılıb
  • da (də) 2021 Aug 30
  • Göndərən جهان کمالی