Tarix : 2021 Aug 31
Kod 61614

Laçın dəhlizində təlimlər başlayıb

Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində yerləşdirilmiş sülhməramlı kontingentin növbəti döyüş təlimləri ilə bağlı məlumat yayıb.

Arannews :Məlumatda deyilir ki, sülhməramlılar “şərti düşmənin pilotsuz aviasiyadan istifadə edilməklə mümkün pozuntularının qarşısının alınması və Laçın dəhlizi boyu müşahidə postlarında təhlükəsizliyin təmin edilməsi” üzrə məşq keçiblər.
Məşğələlərin 6 təlim məntəqəsində keçirildiyi bildirilir. Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər.
Qeyd olunur ki, indiki təlimlərin xüsusiyyətləri müşahidə postunun məsuliyyət zonasında pilotsuz uçan aparatın aşkar edilməsi vəzifələrinin yerinə yetirilməsi olub. PUA aşkar edilməsi barədə məlumat qapalı rabitə kanalları ilə Rusiya sülhməramlı kontingentinin idarəetmə mərkəzinə ötürülüb.
Sülhməramlı kontingentin nümayəndəsi Vladislav Vorobyov bildirib ki, şəxsi heyət zirehli texnikanın dəstəyi ilə döyüş mövqeləri tutub, mövqelərə hərəkət edib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti vaxtaşırı olaraq bu cür təlimlər keçirirlər. İndiki təlimlər isə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrinin müvəqqəti bağlanmasından sonraya təsadüf edir. Həmin günlərdə erməni KİV-ləri yazmışdılar ki, Laçın dəhlizi boyu Rusiya sülhməramlıları gücləndirilmiş növbətçilik həyata keçirirlər və az qala hər kilometrdən bir patrullar yerləşdirilib. 
Ümumilikdə rusiyalı sülhməramlıların şübhəli fəaliyyətləri heç bir halda Azərbaycan Respublikasının hökumıtini və xalqını qane etmir. Bu fəaliyyətlər sırasında erməni hərbi birləşmələrinə təlim keçmək, onlar Laçın dəhlizi vasitəsilə Xankəndinə qədər müşayiət etmək və humanitar yardım adı altında separatçılara qayğı göstərmək rəsmi Bakının diqqətindən kənarda qalmlır və onların öz səlahiyyətlərini aşdıqlarına dair ciddi şübhələrə yol açıbdır. 
Maraqlıdır ki, Kreml Azərbaycanın etirazlarına nəinki məhəl qoymur, həm də erməniləri dəstəkləməyi özünün suveren haqqı hesab edir. Dünən isə prezident İlham Əliyevin Şuşada bir neçə layihınin istifadəyə verilməsində şəxsən iştirak etməsi fonunda ola bisin ki, rusiyalı sülhməramlıların Laçən Dəhlizindəki məşqi birbaşa Azərbaycana mesaj, separatşıları isə psixoloji sıxıntıdan xilas etmək cəhdi kimi başa düşülə bilər. 

  • Yazılıb
  • da (də) 2021 Aug 31
  • Göndərən جهان کمالی